Samvel Mkrtçyan Ermənistanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Bu barədə ölkə Prezidenti Vaaqn Xaçatryanın sərəncamında bildirilib.
Mkrtçyanın təyinatı Ermənistanın Baş nazirinin təklifi əsasında, ölkə Konstitusiyasına və “Diplomatik xidmət haqqında” qanuna uyğun olaraq həyata keçirilib.
Xatırladaq ki, Ermənistanın Rusiyadakı səfiri vəzifəsini bundan əvvəl 2024-cü ilin avqustundan Gurgen Arsenyan tutub. O, ikiillik diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar vəzifəsindən geri çağırılıb.
