Almaniya XİN Avropanın Rusiya ilə mümkün birbaşa danışıqlarından söz açıb

Dünya xəbərləri Xəbər 20 Noyabr 2026 16:29 (UTC +04:00)
Almaniya XİN Avropanın Rusiya ilə mümkün birbaşa danışıqlarından söz açıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropanın Rusiya ilə birbaşa danışıqlara başlaması məsələsinə münasibət bildirib. O, bunun Moskvanın Ukraynada sülhə nail olmağa hazır olmasından asılı olduğunu deyib.

Vadeful bu barədə "Deutschlandfunk" radiostansiyasının efirində danışıb.

"O zaman ki, biz bunu təsdiqləyəcək və mahiyyəti üzrə Ukrayna ilə Rusiya arasında ciddi danışıqların mümkün olduğu qənaətinə gələcəyik, Avropa sözsüz ki, sırf Rusiya ilə danışılar aparmağa hazır olacaq", - deyə Vadeful bildirib.

Yohann Vadeful eyni zamanda qeyd edib ki, Ukraynanın müttəfiqləri bütün tərəfdaşlarla razılaşdırılmış şəkildə fəaliyyət göstərirlər. Almaniyanın XİN rəhbəri münaqişəyə görə məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü bir daha təkrarlayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etmək üçün Fransa, Almaniya və Böyük Britaniya nümayəndələrinin Moskvaya səfərini təşkil etmək üzərində işlədiyini bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi diplomatik kanallar vasitəsilə dəvət göndərib və hazırda Avropa ölkələrinin cavabını gözləyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti