Ronaldo karyerasında 986-cı qolunu vurub

İdman Xəbər 21 Noyabr 2026 00:59 (UTC +04:00)
Ronaldo karyerasında 986-cı qolunu vurub

Bakı. Trend:

Kriştiano Ronaldo karyerasında 986-cı qolunu vurub.

“Əl-Nəsr”in hücumçusu Səudiyyə Ərəbistanı çempionatında “Əl-Əhli”yə qarşı keçirilən oyunun 14-cü dəqiqəsində hesabı açıb. Komandası rəqib meydançasında topu ələ keçirdikdən sonra Ronaldo cərimə meydançasının kənarından topa bir toxunuşla dəqiq zərbə endirib.

Ronaldunun vurduğu qollardan 146-sı Portuqaliya millisinin, qalan 840-ı isə klub karyerasının payına düşür.

Xəbər lenti

Xəbər lenti