Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” kimi qiymətləndirib

Dünya xəbərləri Xəbər 20 Noyabr 2026 22:24 (UTC +04:00)
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” kimi qiymətləndirib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirdiyi üçtərəfli görüşü mahiyyət etibarilə “üçlük sammiti” adlandırıb.

Bu barədə o, Ağ Evdə Asiya turnesinin nəticələrinə həsr olunmuş mətbuat konfransı zamanı danışıb.

Trampın sözlərinə görə, səfər çərçivəsində keçirilən görüşlər və aparılan danışıqlar beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edib.

“Dörd gün ərzində dünyanın 20-dən çox lideri ilə görüşdüm, iki yeni ticarət sazişi imzaladım, yaxın vaxtlarda isə daha 10-a yaxın sazişin imzalanması gözlənilir. Dörd böyük beynəlxalq sammitdə iştirak etdim, ABŞ-nin regionun bütün ölkələri ilə müttəfiqlik əlaqələrini bir daha təsdiqlədim, həmçinin qlobal miqyasda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verdim”, – deyə Ağ Evin rəhbəri bildirib.

Tramp Asiya turnesini ABŞ prezidentlərinin ölkə tarixində xaricə həyata keçirdiyi ən uğurlu səfərlərdən biri kimi dəyərləndirib.

Xəbər lenti

Xəbər lenti