Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Dünya xəbərləri Xəbər 20 Noyabr 2026 19:59 (UTC +04:00)
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Bakı. Trend:

Estoniyanın müvəqqəti işlər vəkili Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

TASS-ın məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, buna Estoniyanın Rusiya ilə sərhəddəki buraxılış məntəqələrini birtərəfli bağlamaq qərarı səbəb olub.

“Ölkəmizə qarşı düşmənçilik xarakterli hərəkətlərin qəbuledilməzliyi ilə bağlı Rusiyanın mövqeyini Estoniya tərəfinə çatdırmaq məqsədilə Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb. Rusiya tərəfi milli maraqlarını qorumaq üçün bütün zəruri siyasi və diplomatik tədbirləri görmək hüququnu özündə saxlayır”, – deyə M.Zaxarova bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti