Bakı.Trend:
Azərbaycan 2026-cı ilin ilk doqquz ayında Serbiyaya 45,4 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edib.
Dövlət Statistika Komitəsinin dərc etdiyi “2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət əlaqələri” adlı hesabatda qeyd olunub ki, hesabat dövründə Azərbaycandan Serbiyaya 45,4 milyon ABŞ dolları dəyərində 115,5 milyon kubmetr qaz halında təbii qaz ixrac edilib.
Trend-in komitənin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə Serbiyaya təbii qaz ixracının dəyəri 58,5 milyon ABŞ dolları və ya 56,3 faiz, fiziki həcmi isə 70,9 milyon kubmetr və ya 38 faiz azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycandan Serbiyaya 103,9 milyon ABŞ dolları dəyərində 186,4 milyon kubmetr qaz halında təbii qaz ixrac olunub.
Agentliyin hazırladığı məlumatlara görə, 2025-ci ildə Azərbaycandan Serbiyaya təbii qaz ixracı 2024-cü illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki, ixracın fiziki həcmi 72,064 milyon kubmetrdən 226,067 milyon kubmetrə yüksələrək təxminən 3,1 dəfə, dəyəri isə 29,152 milyon ABŞ dollarından 119,831 milyon ABŞ dollarına çataraq 4 dəfədən çox artıb.
Beləliklə, 2025-ci ildə Azərbaycandan Serbiyaya təbii qaz tədarükünün həm fiziki həcmi, həm də dəyəri artıb.
