“DH Volley” “AZERRAIL” komandasını məğlub edib (FOTO)

İdman Press-reliz 20 Noyabr 2026 19:45 (UTC +04:00)
“DH Volley” “AZERRAIL” komandasını məğlub edib (FOTO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Qadın voleybolçuların Super Liqasının III turu çərçivəsində növbəti oyun keçirilib.

Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində baş tutan qarşılaşmada “DH Volley” komandası “AZERRAIL” üzərində 3:0 hesablı qələbə qazanıb.

Görüşün setləri 25:16, 25:12 və 25:16 hesabı ilə başa çatıb.

Super Liqanın III turunun növbəti oyunu noyabrın 21-də saat 14:00-da “Murov Az Terminal” VK-nın idman zalında keçiriləcək. Qarşılaşmada “Murov Az Terminal” və “Gəncə” komandaları üz-üzə gələcəklər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti