Bakı. Trend:
Ağdam Şəhəri Günü münasibətilə Ağdam Muğam Mərkəzinin açıq amfiteatrında mini-konsert proqramı keçirilib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən konsertdə “Qaya” Dövlət Ansamblı və xanəndələr çıxış ediblər.
Rəngarəng musiqi nömrələri tamaşaçılara bayram ovqatı bəxş edib
və maraqla qarşılanıb.
Qeyd edək ki, bu konsert ötən il istifadəyə verilən mərkəzin
amfiteatrında keçirilən ilk mədəni-kütləvi tədbirdir.
