“Sabah” “Sumqayıt”ı 5:1 hesabı ilə məğlub etdi

İdman Xəbər 20 Noyabr 2026 20:57 (UTC +04:00)
“Sabah” “Sumqayıt”ı 5:1 hesabı ilə məğlub etdi

Bakı. Trend:

Misli Premyer Liqasının 12-ci turunda “Sabah” səfərdə “Sumqayıt”a 5:1 hesabı ilə qalib gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşdə Ksander Severina 22-ci dəqiqədə hesabı açıb. Sedrik Badolo 30-cu dəqiqədə bərabərliyi təmin edib. Lakin iki dəqiqə sonra Lukas Blek ikinci sarı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.

“Sabah” say üstünlüyündən istifadə edərək 42-ci dəqiqədə İvan Lepiniçanın qolu ilə yenidən önə keçib. İkinci hissədə Timoteuş Puxaç (55), Aleksey İsayev (67) və Xəyal Əliyev (75) fərqlənərək komandasının qələbəsini rəsmiləşdiriblər.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Sabah” turnir cədvəlinə liderlik edir. “Sumqayıt” isə 10 xalla doqquzuncu pillədədir.

Günün digər qarşılaşmasında “Zirə” “İmişli” ilə 2:2 hesablı heç-heçə edib.

Qeyd edək ki, 12-ci tura noyabrın 22-də yekun vurulacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti