Bakı.Trend:
Avropa Komissiyası "Ukraine Facility" proqramı çərçivəsində Ukraynaya 7,9 milyard avro həcmində vəsait köçürüb.
"Ukraynskaya Pravda" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib.
“Bu gün biz təxminən 8 milyard avro ödəyirik. Bu, indiyədək həyata keçirilən ən böyük ödənişdir. Bu, islahatlar sahəsində əldə olunan irəliləyişin real nəticələr və faydalar verdiyini açıq şəkildə göstərir”, – deyə o bildirib və Kiyevə dəstəyin davam etdiriləcəyini vəd edib.
Vəsait Ukraynanın maliyyə ehtiyaclarının qarşılanmasına və dövlət orqanlarının fəaliyyətinin təmin edilməsinə yönəldilib. Bu, 2024–2027-ci illəri əhatə edən və islahatların həyata keçirilməsi şərti ilə 50 milyard avroyadək vəsait ayrılmasını nəzərdə tutan "Ukraine Facility" proqramı çərçivəsində indiyədək edilən ən böyük birdəfəlik ödənişdir.
