"Barselona" İspaniya millisinin üzvü ilə müqavilə imzaladı

İdman Xəbər 21 Noyabr 2026 04:07 (UTC +04:00)
"Barselona" İspaniya millisinin üzvü ilə müqavilə imzaladı

Bakı. Trend:

"Barselona" müdafiəçi Xavi Espartın müqaviləsinin müddətini artırıb.

Bu barədə kataloniya nəhənginin mətbuat xidməti məlumat yayıb.

İspaniya U-21 millisinin üzvü ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Xavi Espart "Barselona"nın yetirməsidir. 19 yaşlı sağ cinah müdafiəçisi cari mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti