Rafael Nadal “Real Madrid”in İdarə Heyətinə üzv seçilib

İdman Xəbər 21 Noyabr 2026 23:29 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın tanınmış tennisçisi Rafael Nadal “Real Madrid” futbol klubunun İdarə Heyətinin üzvü seçilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı sabiq tennisçi klubun növbədənkənar iclasında keçirilən səsvermədə iştirakçıların 99,5 faizinin dəstəyini qazanıb.

“Real Madrid”in İdarə Heyətinin üzvü olmaq böyük məsuliyyətdir. Bu kluba sevgi valideynlərdən övladlara ötürülür və insanları birləşdirir. Mənim üçün bu, ailəm və dostlarımla birlikdə oyunları izləmək imkanı deməkdir. Bu, böyük şərəfdir”, – deyə Nadal yeni vəzifəsi ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, Rafael Nadal peşəkar karyerası ərzində 22 dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi olub. O, “Real Madrid”in azarkeşidir. Tennisçinin əmisi Anxel Nadal isə vaxtilə İspaniya millisində və “Barselona” futbol klubunda çıxış edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti