Bakı.Trend:
ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya və Ukraynanın dekabrın 25-dək atəşkəsə nail olacağına ümid etdiyini bildirib.
Bu barədə "Fox" telekanalı məlumat yayıb.
M.Tramp daha çox atəşkəs razılaşmasının əldə olunmasını arzuladığını bildirib. O əlavə edib ki, Rusiya və Ukrayna danışıqlara hazır olarsa, ABŞ buna çox qısa müddətdə nail ola bilər.
“Beləliklə, bəlkə də Milad bayramınadək daha bir atəşkəs əldə edə bilərik”, – deyə o əlavə edib.
Xatırladaq ki, 2026-cı il oktyabrın sonunda Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Xersonun Olyeşki şəhərində müvəqqəti atəşkəs barədə razılıq əldə olunub. Məqsəd humanitar yardımın çatdırılması və mülki əhalinin təhlükəsiz təxliyəsi olub. Əməliyyat nəticəsində 750-dən çox sakin şəhərdən çıxarılıb, qalan əhaliyə isə humanitar yardım göstərilib.
2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Tramp Alyaskada Vladimir Putinlə görüşü zamanı həyat yoldaşı Melaniya Trampın Ukrayna müharibəsindən zərər çəkən uşaqların taleyi ilə bağlı Rusiya liderinə ünvanladığı məktubu ona təqdim edib; bundan sonra Melaniya Tramp Putinlə birbaşa əlaqə kanalı qurduğunu və səyləri nəticəsində bir sıra ukraynalı uşaqların ailələrinə qaytarıldığını açıqlayıb.
