Bakı.Trend:
İsveçrədə hərbi xərclərin artırılmasına qarşı keçirilən aksiyalarda 40 mindən çox insan iştirak edib.
Bu barədə TASS məlumat yayıb.
Gənclərin etiraz aksiyaları Sürix, Bern və Lozanna şəhərlərində keçirilib. İştirakçılar, həmçinin təhsilin inkişafı və iqlimin qorunması tələblərini irəli sürüblər.
Sonradan etirazlar iğtişaşlara çevrilib. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına fişənglər və daşlar atıblar. Polis isə nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Qeyd edək ki, dünən Almaniyada da 87 min insan etiraz aksiyalarına qoşulub. Nümayişçilər, digər məsələlərlə yanaşı, məcburi hərbi xidmətin tətbiqinə qarşı çıxıblar.
