Bakı.Trend:
Avstriyanın Xarici İşlər Nazirliyinin saytı irimiqyaslı haker hücumuna məruz qalıb, belə ki, hakerlər nazirliyin serverlərinin girişini sındıraraq diplomatların əlaqə məlumatlarına çıxış əldə ediblər
Bu barədə "Reuters" agentliyi Avstriya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
XİN-in məlumatına görə, kənar xidmət təminatçısı tərəfindən idarə olunan internet resursuna icazəsiz giriş noyabrın 12-dən 13-dək, "Microsoft" korporasiyasının xidmətlərinin qlobal miqyasda fəaliyyətində yaranan nasazlıq fonunda həyata keçirilib. Hücum aşkar edilərək operativ şəkildə qarşısı alınıb.
Ekspertlər qrupunun apardığı araşdırma nəticəsində təsdiqlənib ki, hakerlər həm nazirliyin Vyanadakı mərkəzi aparatının, həm də Avstriyanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının adları və əlaqə məlumatlarını əhatə edən məlumat bazalarına baxıblar.
