Bakı.Trend:
Noyabrın 20–22-də Hindistanın paytaxtı Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində ilk Sivilizasiyalararası Dialoq Forumu keçirilir.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak edir.
Forumun məqsədi ortaq sivilizasiya irsinin öyrənilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi və mədəniyyətlərarası əməkdaşlığın təşviqidir. Proqramda Hindistanın Baş naziri Narendra Modinin açılış çıxışı, mədəniyyət təqdimatları, sərgilər və tematik müzakirələr yer alır.
