Qeşm adasında “MQ-1” PUA-sı vurulub – SEPAH

Dünya xəbərləri Xəbər 21 Noyabr 2026 14:47 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Az öncə İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Qeşm adası səmasında ABŞ ordusuna məxsus 1 ədəd “MQ-1” Pilotsuz Uçuş Aparatı vurulub.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

“Beləliklə indiyədək SEPAH tərəfindən 19 ədəd MQ-1 PUA-sı vurularaq məhv edilib”, - deyə məlumatda qeyd olunub.

SEPAH bildirib ki, indiyə qədər həmçinin 58 ədəd “MQ-9” PUA-sı məhv edilib.

Qeyd edək ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti