Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı - polis saxladı

Hadisə Xəbər 21 Noyabr 2026 11:51 (UTC +04:00)
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı - polis saxladı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, zərərçəkən avtomobil almaq məqsədilə banklardan birindən 4000 manat kredit götürərək pulu yaşadığı evə gətirib. Lakin mənzildə olmadığı vaxt həmin vəsait oğurlanıb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin köhnə tanışı N.Qədirli müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxsin əvvəllər də oğurluq cinayətinə görə məhkum olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti