Bakı. Trend:
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də Yeni Dehlidə Nepalın mədəniyyət, turizm və mülki aviasiya naziri Xadak Rac Paudel ilə görüşüb.
Görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində baş tutub.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Söhbət zamanı Azərbaycan ilə Nepal arasında mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər mədəniyyət sahəsində əməkdaşlığa dair hüquqi bazanın yaradılması imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.