Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq - Vyetnam Prezidenti

Siyasət Xəbər 21 Noyabr 2026 14:57 (UTC +04:00)
Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq - Vyetnam Prezidenti
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Hanoy. Trend:

Ölkənizin ənənəvi dostu olaraq Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində qazandığı böyük nailiyyətləri qeyd etməkdən həmişə fərəhlənib.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda çıxışı zamanı bildirib.

O vurğulayıb: “Tamamilə əminəm ki, Sizin mükəmməl rəhbərliyinizlə Azərbaycan hətta bundan da böyük inkişafa nail olacaq, regionda və dünyada sülh, sabitlik amallarına dəyərli töhfəsini verəcək”.

Xəbər lenti

Xəbər lenti