Azərbaycan-Hindistan mədəni əlaqələrinin inkişafı müzakirə olunub (FOTO)

Mədəniyyət Press-reliz 21 Noyabr 2026 17:37 (UTC +04:00)
Azərbaycan-Hindistan mədəni əlaqələrinin inkişafı müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də Yeni Dehlidə Hindistanın mədəniyyət və turizm naziri Qacendra Sinq Şekhavat ilə görüşüb.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Görüş Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində baş tutub.

Adil Kərimli forumun təşkilinə və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan-Hindistan mədəni əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər mədəniyyət günlərinin, birgə sərgilərin və festivalların təşkili, eləcə də muzey, kitabxana və digər sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti