Ağdamda sahibsiz itlər məktəbli qıza hücum edib (FOTO)

Hadisə Xəbər 21 Noyabr 2026 17:59 (UTC +04:00)
Ağdamda sahibsiz itlər məktəbli qıza hücum edib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam rayonunda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Belə ki, Ağdam rayon 150 saylı tam orta məktəbin şagirdi dərsdən sonra evə gedərkən bir neçə sahibsiz itin hücumuna məruz qalıb. Hadisəni görən yaxınlıqdakı sakinlər dərhal müdaxilə edərək qızı itlərin hücumundan xilas ediblər.

Hücum nəticəsində məktəblinin ayaq nahiyəsindən xəsarət aldığı bildirilir.

Qeyd edək ki, hadisə ərazidəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti