Azərbaycan ilk dəfə basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

İdman Xəbər 21 Noyabr 2026 18:36 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək.

Bununla bağlı qərar noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında qəbul olunub.

Qərara əsasən, 2027-ci il iyulun 9-dan 18-dək Bakıda 20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionunun oyunları keçiriləcək.

İclas çərçivəsində 2027-ci ildə gənclər arasında təşkil olunacaq digər Avropa çempionatlarının da ev sahibi şəhərləri müəyyənləşdirilib.

Azərbaycanın ilk dəfə bu nüfuzlu yarışa ev sahibliyi etməsi ölkədə basketbolun inkişafı və beynəlxalq idman tədbirlərinin təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

Xəbər lenti

Xəbər lenti