Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi

Cəmiyyət Xəbər 21 Noyabr 2026 18:20 (UTC +04:00)
Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi

Bakı. Trend:

Bakı Dövlət Universiteti (BDU) rektor Məleykə Abbaszadənin əmri ilə universitet əməkdaşının işdən azad edilməsi barədə yayılan məlumatı təkzib edib.

Bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib və rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı ilə bağlı əmr imzalamayıb.

Qeyd edək ki, bir sıra KİV-lərdə Məleykə Abbaszadənin müvafiq əmri ilə rektorun köməkçisi Nərmin Heydərlinin vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti