“Qəbələ” səfərdə “Şəfa”ya qalib gəlib

İdman Xəbər 21 Noyabr 2026 19:43 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasının XII turunda “Qəbələ” komandası səfərdə “Şəfa”nı 2:0 hesabı ilə məğlub edib.

“SOCAR Polymer Arena”da keçirilən görüşün ilk hissəsində hesab açılmayıb.

Qonaqlar 59-cu dəqiqədə Şahin Şahniyarovun vurduğu qolla hesabda önə keçiblər. Matçın 90+2-ci dəqiqəsində isə Meşak Uboçioma fərqlənərək qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 2:0.

Bu qələbədən sonra xallarının sayını 11-ə çatdıran “Qəbələ” turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq baxımından vacib üç xal qazanıb. “Şəfa” isə 5 xalla kifayətlənib.

Qeyd edək ki, XII turun ötən gün keçirilən oyunlarında “İmişli” “Zirə” ilə heç-heçə edib – 2:2, “Sabah” isə səfərdə “Sumqayıt”a 5:1 hesabı ilə qalib gəlib. Bu gün keçirilən digər qarşılaşmada “Turan Tovuz” “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib.

Tura noyabrın 22-də keçiriləcək oyunlarla yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti