“Nvidia”nın bazar kapitallaşması bir neçə həftəyə 1,4 trilyon dollar azalıb

Dünya xəbərləri Xəbər 21 Noyabr 2026 21:24 (UTC +04:00)
“Nvidia”nın bazar kapitallaşması bir neçə həftəyə 1,4 trilyon dollar azalıb
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikanın qrafik prosessor istehsalçısı “Nvidia” şirkətinin bazar kapitallaşması keçmiş baş direktor Censen Huanq ətrafında yaranan qalmaqal fonunda bir neçə həftə ərzində 1,4 trilyon ABŞ dolları azalıb.

Oktyabrın sonundan etibarən “Nvidia”nın səhmləri 29 faizdən çox ucuzlaşıb. Kotirovkalardakı kəskin eniş şirkətin bazar dəyərinin 1,4 trilyon dollar azalmasına səbəb olub.

Bundan əvvəl açıqlanan birja məlumatlarında da şirkətin sabiq rəhbəri ətrafında yaranan qalmaqal fonunda “Nvidia” səhmlərinin bir həftə ərzində 22,92 faiz, bir ay ərzində isə 43,45 faiz dəyər itirdiyi bildirilmişdi.

Xəbər lenti

Xəbər lenti