Bəhreyndə sənaye obyektinə hücum nəticəsində yanğın baş verib

Dünya xəbərləri Xəbər 22 Noyabr 2026 00:54 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Bəhreyndə İran tərəfindən sənaye obyektinə endirilən zərbə nəticəsində yanğın baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.

Bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində mülki sənaye obyektində yanğın başlayıb. Hazırda Mülki Müdafiə qüvvələri yanğının söndürülməsi istiqamətində tədbirlər görür.

İlkin məlumata görə, hadisə nəticəsində obyektə maddi ziyan dəyib, xəsarət alan olmayıb.

Qeyd edək ki, bundan əvvəl Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik təhdidi ilə bağlı xəbərdarlıq edib. Nazirlik sakinləri sakitliyi qorumağa, ən yaxın təhlükəsiz sığınacaqlara getməyə və rəsmi məlumat mənbələrini izləməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti