Bakı. Trend:
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə Las-Veqas Qran-Prisinin qalibi olub.
İkinci yeri “McLaren” komandasının britaniyalı pilotu Lando Norris tutub. İlk üçlüyü onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri tamamlayıb.
Növbəti mərhələnin noyabrın 27-dən 29-dək Qətərdə keçirilməsi planlaşdırılır.