Bakı. Trend:
Serbiya Avropa İttifaqı (Aİ) və Qərbi Balkanlar sammitində təmsil olunmayacaq.
Bunu Serbiyanın prezident səlahiyyətlərini icra edən Aleksandr Çupiç təsdiqləyib.
Bildirilib ki, Aleksandr Çupiç gələn həftə keçirilməsi planlaşdırılan Qərbi Balkanlar sammitində iştirak edə bilməyəcəyinə görə təəssüfünü ifadə edib.
Bununla yanaşı, o, Serbiyanın yeni rəhbərliyinin Avropa İttifaqı ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bir daha vurğulayıb.
