Bakı. Trend:
Madridin “Real” klubu İspaniya futbol çempionatının XIII turunda “Selta”nı 2:1 hesabı ilə məğlub edib.
Madriddə keçirilən qarşılaşmada qonaqlar Pablo Duranın 6-cı dəqiqədə vurduğu qolla hesabı açıblar. “Real”ın futbolçusu Cud Bellingem 66-cı dəqiqədə tarazlığı bərpa edib. Matçın 85-ci dəqiqəsində isə Karlos Espe komandasına qələbə qazandıran qolu vurub.
Qeyd edək ki, görüşün 38-ci dəqiqəsində “Real”ın hücumçusu Kilian Mbappe penaltini dəqiq yerinə yetirə bilməyib və topu qapının üstündən göndərib.
Bu qələbə Madrid təmsilçisinin İspaniya çempionatında ardıcıl altıncı, bütün turnirlərdə isə ardıcıl doqquzuncu qələbəsi olub. “Real” 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Selta” isə 13 xalla 13-cü yerdədir.
Növbəti turda “Real” noyabrın 28-də doğma meydanda “Alaves”i qəbul edəcək. “Selta” isə noyabrın 29-da “Vilyarreal”la qarşılaşacaq.
