Bakı. Trend:
İndoneziyanın Çikande sənaye rayonunda yerləşən qənnadı fabrikində yanğın baş verib.
Yanğın “PT Fonusa Agung Mulia” şirkətinə məxsus fabrikdə qeydə alınıb. Hadisə nəticəsində zavodun binalarından biri yanıb.
Məlumata görə, xilas edilən 16 əməkdaşdan üçü xəstəxanaya yerləşdirilib, daha 43 işçinin taleyi isə hələlik məlum deyil.
Yanğının söndürülməsi və xilasetmə əməliyyatı davam edir.
