Şimali Koreya lideri sülh çağırış etdi

Dünya xəbərləri Xəbər 23 Noyabr 2026 11:15 (UTC +04:00)
Şimali Koreya lideri sülh çağırış etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Şimali Koreya lideri Kim Çen In ölkəsinin nə hegemonluğa, nə də ekspansiyaya can atmadığını bəyan edib.

"İnterfaks"ın məlumatına görə, o, bu barədə on dövlətin səfirlərinin etimadnamələrinin təqdim olunması mərasimində çıxışı zamanı bildirib.

“Güc təzyiqi və məcburetmə ölkəmizin xarici siyasəti ilə heç bir əlaqəsi olmayan məsələlərdir”, – deyə Şimali Koreya lideri qeyd edib. Onun sözlərinə görə, Pxenyanın xarici siyasətinin əsas dəyərləri sülh, inkişaf və rifahdır.

Kim Çen In əlavə edib ki, KXDR qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsiplərinə sadiq olan bütün ölkələrlə əlaqələrini möhkəmləndirmək niyyətindədir. Bununla yanaşı, o vurğulayıb ki, qeyri-sabit beynəlxalq vəziyyət fonunda suverenliyin, təhlükəsizliyin və inkişaf hüququnun qorunması hakimiyyət orqanlarının qarşısında duran ən mühüm vəzifə olaraq qalır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti