TAP Azərbaycanın İtaliyanın və ümumilikdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin təzahürüdür

İqtisadiyyat Xəbər 23 Noyabr 2026 11:18 (UTC +04:00)
TAP Azərbaycanın İtaliyanın və ümumilikdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin təzahürüdür
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Trans-Adriatik qaz kəməri enerji əməkdaşlığının nəticələrini, eləcə də Azərbaycanın İtaliyanın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni nümayiş etdirir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bu barədə bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda İtaliya Sənayeçilər Konfederasiyasının (Confindustria) kiçik və orta biznes məsələləri üzrə vitse-prezidenti Fausto Mazzali bildirib.

""Confindustria" Azərbaycan tərəfi ilə dialoqu davam etdirmək niyyətindədir. Bu ilin oktyabr ayında təşkilat Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu və onun rəhbərlik etdiyi nümayəndə heyətini Romada qəbul edib. Bu görüş iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin inkişafına, yeni sənaye tərəfdaşlıqlarının, investisiya layihələrinin və praktiki təşəbbüslərin həyata keçirilməsinə yönəlmiş ikitərəfli dialoqun növbəti mərhələsi olub", - deyə o bildirib.

Mazzali İtaliya şirkətlərinə dəstək göstərilməsində maliyyə və sığorta mexanizmlərinin əhəmiyyətini də vurğulayıb. O, xüsusilə biznesin beynəlmiləlləşməsi prosesinin müşayiət olunmasında, investisiyaların dəstəklənməsində, kredit resurslarına çıxışın asanlaşdırılmasında və zəmanətlərin verilməsində "Cassa Depositi e Prestiti", SACE və SIMEST qurumlarının rolunu qeyd edib.

Onun sözlərinə görə, forumda iştirak etmək üçün Azərbaycana gələn İtaliya biznes nümayəndə heyətinin üzvlərinin yarıdan çoxunu kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) nümayəndələri təşkil edir.

Əməkdaşlığın perspektivlərindən danışan Mazzali energetikanın tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qaldığını bildirib. Onun sözlərinə görə, İtaliya şirkətləri neft-qaz sənayesindən elektrik enerjisi istehsalına, infrastrukturdan bərpaolunan enerji texnologiyalarına qədər bütün istehsal zənciri üzrə təcrübəyə malikdir.

“TAP bu əməkdaşlığın əhəmiyyətini, eləcə də Azərbaycanın İtaliyanın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni nümayiş etdirir. Biz bu tərəfdaşlığı daha da möhkəmləndirmək istəyirik”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti