Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkənin fond bazarında səhmlərin ümumi dəyərinin 6 trilyon dollardan çox azalmasını Demokratların ara seçkilərdə qələbəsi ilə əlaqələndirib.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.
O, noyabrın 3-də keçirilən seçkilərdən sonra bazarın 6 trilyon dollardan çox dəyər itirdiyini, “Nasdaq” indeksinin isə 20 faiz gerilədiyini iddia edib.
Tramp bazardakı enişə görə Demokratları günahlandırıb və onların iqtisadi siyasətini tənqid edib.
Qeyd edək ki, ara seçkilərin nəticələrinə əsasən, Demokratlar Konqresin hər iki palatasında çoxluğu əldə ediblər. Yeni Konqresin səlahiyyət müddəti 2027-ci ilin yanvarında başlayacaq.