Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb

Dünya xəbərləri Xəbər 23 Noyabr 2026 00:48 (UTC +04:00)
Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Ukraynada yeni münaqişənin baş vermə ehtimalının minimuma endiyinə əmin olacağı təqdirdə Kiyevə güclü təhlükəsizlik zəmanətləri verməyə razılaşa bilər.

Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Onun sözlərinə görə, Tramp Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsində nəzərdə tutulan təminatlara bənzər təhlükəsizlik zəmanətləri vermək imkanını nəzərdən keçirir.

Kuşner vurğulayıb ki, belə bir öhdəlik ABŞ üçün ciddi məsuliyyət daşıyır və onun təsdiqi üçün təkcə Prezidentin deyil, Konqresin də razılığı, eləcə də Konstitusiyaya uyğun prosedurlar tələb olunur.

O, Rusiyanın bu cür zəmanətləri müzakirə etməyə hazır olmasını sülh istiqamətində mühüm addım kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti