“Kəpəz” Gəncədə “Qarabağ”dan xal alıb - Premyer Liqa

İdman Xəbər 22 Noyabr 2026 19:20 (UTC +04:00)
“Kəpəz” Gəncədə “Qarabağ”dan xal alıb - Premyer Liqa

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.

Günün son matçında “Kəpəz” “Qarabağ”ı qəbul edib.

Gəncə Stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Ağdam klubu 20 xalla dördüncü, ev sahibləri isə 18 xalla altıncı yerdədir.

Günün ilk matçında “Neftçi” Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan”ın qonağı olub. Görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qustavo Klisman dubl edib. Digər qolu isə Draqolyub Saviç vurub. Qonaqların heyətində Rüfət Abbasov avtoqol müəllifi olub.

Paytaxt klubu 27 xalla birinci yerdədir. Naxçıvan təmsilçisi 4 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti