Almaniyada kilsədə 19 nəfər dəm qazından zəhərlənib

Dünya xəbərləri Xəbər 22 Noyabr 2026 19:41 (UTC +04:00)
Almaniyada kilsədə 19 nəfər dəm qazından zəhərlənib

Bakı. Trend:

Almaniyanın Allqoy regionunda (Bavariya federal torpağı) kilsələrdən birində azı 19 nəfər dəm qazından zəhərlənib.

Bu barədə “Focus Online” polisə istinadla məlumat yayıb.

Məlumata əsasən, hadisə Bad-Qrönenbax icmasında istilik sisteminin nasazlığı səbəbindən baş verib.

Dörd nəfərin vəziyyəti ağırdır. Ərazidə təcili yardım xidmətləri, yanğınsöndürmə briqadaları və polis əməkdaşlarının iştirakı ilə genişmiqyaslı əməliyyat başlayıb. Yaralılara lazımi tibbi yardım göstərilir.

Hüquq-mühafizə orqanları hadisənin dəqiq səbəbinin hələ müəyyən olunmadığını bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti