"BepiColombo" kosmik gəmisi Merkuri planetinin orbitinə daxil olub

Dünya xəbərləri Xəbər 22 Noyabr 2026 18:10 (UTC +04:00)
"BepiColombo" kosmik gəmisi Merkuri planetinin orbitinə daxil olub

Bakı. Trend:

Avropanın "BepiColombo" kosmik aparatı uzun illər davam edən planetlərarası uçuşunu başa vuraraq Merkuri planetinin orbitinə daxil olub.

Bu barədə Avropa Kosmik Agentliyi (ESA) bazar günü məlumat yayıb.

Beləliklə, o, tarixdə Günəşə ən yaxın planetin orbitində birbaşa elmi məlumatlar toplayacaq ikinci kosmik aparat olub.

Layihənin məqsədi Merkurinin səthinin və onu əhatə edən fəzanın tərkibini öyrənmək, planetin geoloji inkişaf tarixini qiymətləndirmək, səthinin kimyəvi tərkibini və daxili quruluşunu araşdırmaqdır.

Bundan əlavə, planetin maqnit sahəsinin mənşəyi və onun Günəş küləyi ilə qarşılıqlı təsiri təhlil ediləcək, həmçinin qütb bölgələrində hidrogen tərkibli birləşmələrin və su buzunun yayılma xəritəsi hazırlanacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti