Açıq sərhədlər ölkələri məhv edir - Tramp

Dünya xəbərləri Xəbər 22 Noyabr 2026 18:42 (UTC +04:00)
Açıq sərhədlər ölkələri məhv edir - Tramp

Bakı. Trend:

Həddindən artıq yumşaq miqrasiya siyasəti dövlətin mövcudluğu üçün təhlükə yarada bilər.

Bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Açıq sərhədlər ölkələri məhv edir! Mən hakimiyyətə gələnə qədər ABŞ belə ölkələrdən birinə çevrilməyin astanasında idi!” – deyə D. Tramp bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl dəfələrlə digər dövlətləri, o cümlədən ABŞ-ın Avropadakı müttəfiqlərini həddindən artıq yumşaq miqrasiya siyasətinə görə tənqid edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti