“Barselona” “Vilyarreal”a qalib gəlib - İspaniya La Liqası

İdman Xəbər 22 Noyabr 2026 20:35 (UTC +04:00)
“Barselona” “Vilyarreal”a qalib gəlib - İspaniya La Liqası

Bakı. Trend:

İspaniyanın “Barselona” futbol klubu La Liqada XIII tur oyununa çıxıb.

Kataloniya klubu evdə “Vilyarreal”la qarşılaşıb. İlk hissəni qonaqlar 2:0 hesablı üstünlüklə tamamlayıblar.

Lakin ruhdan düşməyən “Barselona” ikinci hissədə üç qol vuraraq qələbə qazanıb.

Hazırda katalonlar 36 xalla turnir cədvəlinə başçılıq edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti