Bakı. Trend:
PSJ-nin futbolçusu Dezire Duenin evinə oğurluq məqsədilə daxil olmağa cəhd edilib. Hadisə Paris təmsilçisinin “Nitsa” ilə qarşılaşdığı vaxt baş verib.
Fransa Liqa 1-in 11-ci turu çərçivəsində keçirilən görüşdə PSJ səfərdə rəqibini 3:2 hesabı ilə məğlub edib. Matçın ilk hissəsinin sonlarında zədələnən Duenin daha sonra dizinin ön çarpaz bağının zədələndiyi müəyyənləşib.
“Le Parisien” nəşrinin yaydığı məlumata əsasən, futbolçu gecə saatlarında oyundan evə qayıdarkən yaşadığı ərazinin polis əməkdaşları tərəfindən mühasirəyə alındığını görüb.
Bildirilir ki, bir neçə naməlum şəxs Duenin malikanəsinin həyətinə daxil olub. Lakin evdə insanların olduğunu anlayan həmin şəxslər ərazidən uzaqlaşıblar.
Hadisə yerində aparılan yoxlamalar zamanı evə zorla daxilolma izlərinə rast gəlinməyib.