Bakı. Trend:
ABŞ-da keçirilən seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası Konqresin Nümayəndələr Palatasında 258 yer qazanaraq 1992-ci ildən bəri ən yüksək göstəricisini qeydə alıb.
Bu barədə Associated Press (AP) məlumat yayıb.
Demokratların bu nəticəyə nail olmasında Şimali Karolinadan olan namizədləri Çak Habardın Respublikaçılar Partiyasının nümayəndəsi Virciniya Foks üzərində qələbəsi mühüm rol oynayıb.
Respublikaçılar isə Nümayəndələr Palatasında ümumilikdə 173 mandat əldə ediblər.