ABŞ-də il ərzində baş verən kiberinsidentlərin sayı açıqlanıb

Dünya xəbərləri Xəbər 23 Noyabr 2026 02:51 (UTC +04:00)
ABŞ-də il ərzində baş verən kiberinsidentlərin sayı açıqlanıb

Bakı. Trend:

ABŞ hökumət orqanları hər il təxminən bir milyon kiberinsident qeydə alır.

Bunu ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton söyləyib.

“Amerikalılar başa düşməlidirlər ki, kibertəhdidlər realdır. 2020-ci ildə Federal Təhqiqat Bürosuna təxminən 800 min kiberinsident barədə məlumat daxil olub. Son məlumata görə, bu rəqəm bir milyona çatıb”, - deyə Cey Kleyton CNN telekanalının efirində bildirib. Onun sözlərinə görə, xoş xəbər ondan ibarətdir ki, ABŞ kibertəhlükəsizlik sahəsində lider mövqeyini qoruyub saxlaya bilir.

Xəbər lenti

Xəbər lenti