Premyer Liqada yeni tamaşaçı rekordu qeydə alınıb

İdman Xəbər 23 Noyabr 2026 04:08 (UTC +04:00)
Premyer Liqada yeni tamaşaçı rekordu qeydə alınıb

Bakı. Trend:

Misli Premyer Liqasında yeni tamaşaçı rekordu qeydə alınıb.

2026/27 mövsümünün yeni rekordu 12-ci turun “Kəpəz” - “Qarabağ” görüşünə (0:0) təsadüf edib. Gəncə şəhər stadionundakı qarşılaşmanı 15500 izləyici seyr edib. Bu, cari mövsümdə ən yüksək göstəricidir.

Qeyd edək ki, bunadək rekord “Kəpəz”in digər ev oyununda qeydə alınmışdı. 4-cü turun sentyabrın 4-də keçirilən “Şamaxı” ilə qarşılaşmasını (1:4) Gəncə şəhər stadionunda 15000 tamaşaçı seyr edib.

Xəbər lenti

Xəbər lenti