Bakı. Trend:
Serbiya prezidentinin səlahiyyətlərini icra edən, ölkə parlamentinin sədri Aleksandar Çupiç prezident seçkilərinin dekabrın 27-də keçiriləcəyini bildirib.
Çupiç bu barədə N1 telekanalının efirində məlumat verib.
“Seçkilər dekabrın 27-də baş tutacaq. “Tələbə siyahısı”nın namizədi var”, – Çupiç deyib.
O, hakim koalisiyanın namizədinin adını açıqlamayıb.