ABŞ-də 6 min aviareys təxirə salınıb və ya ləğv edilib

Dünya xəbərləri Xəbər 23 Noyabr 2026 06:16 (UTC +04:00)
ABŞ-də 6 min aviareys təxirə salınıb və ya ləğv edilib

Bakı. Trend:

ABŞ-də təxminən 6 min aviareys təxirə salınıb və ya ləğv edilib.

Bu barədə “FlightAware” portalı məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində ölkədə 5700-dən çox uçuş gecikib, daha 242 reys isə ləğv olunub.

“The New York Post” qəzetinin yazdığına görə, gecikmələrə səbəb ABŞ-nin ən böyük aviaşirkətlərindən biri olan “Delta Air Lines” şirkətinin Atlanta hava limanındakı elektron sistemində yaranan nasazlıq olub. Nəticədə yüzlərlə reysin qrafikində pozuntu yaranıb.

Xəbər lenti

Xəbər lenti