Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir (FOTO)

İqtisadiyyat Xəbər 23 Noyabr 2026 09:49 (UTC +04:00)
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, forum Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin iştirakı ilə təşkil olunub.

Tədbirdə hər iki ölkənin dövlət qurumlarının nümayəndələri və iş adamları iştirak edirlər. Forum çərçivəsində plenar iclasın, tematik sessiyaların, eləcə də biznes dairələrinin nümayəndələri arasında B2B formatlı ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Biznes-forumun əsas məqsədi Azərbaycan və İtaliya arasında iqtisadi və sənaye əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə etməkdir.

Müzakirələrdə enerji, o cümlədən neft-qaz və bərpaolunan enerji mənbələri, infrastruktur, logistika və tikinti, qabaqcıl sənaye, süni intellekt və yeni texnologiyalar, eləcə də kritik xammal sahələrində əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq.

Bundan əlavə, süni intellektin real iqtisadiyyatda tətbiqi, məlumat mərkəzlərinin və yüksəkməhsuldarlıqlı hesablama sistemlərinin inkişafı, texnologiyaların istehsal, logistika, kənd təsərrüfatı və aqrar-sənaye kompleksinə transferi də müzakirə olunacaq.

Forumda, həmçinin turizm, ixracyönümlü xidmətlər, əczaçılıq və metallurgiya, xüsusilə polad və alüminium istehsalı sahələrində əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi planlaşdırılır.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti