Yaponiyada quş qripi səbəbindən 80 min toyuq məhv ediləcək

Dünya xəbərləri Xəbər 23 Noyabr 2026 07:56 (UTC +04:00)
Yaponiyada quş qripi səbəbindən 80 min toyuq məhv ediləcək

Bakı. Trend:

Yaponiyanın Ayti prefekturasında quş qripi virusunun yayılması aşkarlandıqdan sonra yerli quşçuluq təsərrüfatlarından birində təxminən 80 min toyuğun məhv edilməsinə başlanılıb.

Bu barədə prefektura administrasiyası məlumat yayıb.

Virusun Toyohaşi şəhərində yerləşən quşçuluq fermalarından birində yayıldığı müəyyən edilib.

Yaponiyada payız-qış mövsümündə quş qripi ocaqlarının qeydə alınması adi haldır. Profilaktik tədbirlərə baxmayaraq, 2025-ci ildə ölkədə xəstəliyin 20-dən çox yayılma halı aşkarlanıb.

Bu cür epidemiyalar ölkə iqtisadiyyatına ciddi zərər vura bilər. Belə ki, 2023-cü ildə quş qripinin yayılması nəticəsində Yaponiyada yumurtanın qiyməti 76 faiz artıb. Həmin dövrdə hətta Tokionun bəzi mağazalarında yumurta satışına məhdudiyyətlər tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti