Bakı. Trend:
Ötən həftə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri 9-u azyaşlı olmaqla 34 nəfəri xilas edib.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar xəttinə daxil olan zənglər əsasında FHN qüvvələri 172 yanğın hadisəsi üzrə çağırışa çıxıb. Köməksiz vəziyyətdə qalma ilə bağlı 29, avtonəqliyyat qəzası ilə bağlı isə 3 xilasetmə əməliyyatı keçirilib.
Ötən həftə baş verən hadisələrdə 4 nəfər xəsarət alıb, yanğın zamanı 4 nəfər təxliyə olunub. Bağlı qapı, avtoqəza və digər hadisələrlə əlaqədar 8 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
