Orta Dəhliz üzrə İtaliya ilə əməkdaşlıq Azərbaycanın ticari əlaqələrini genişləndirəcək - Nazir müavini

İqtisadiyyat Xəbər 23 Noyabr 2026 10:33 (UTC +04:00)
Orta Dəhliz üzrə İtaliya ilə əməkdaşlıq Azərbaycanın ticari əlaqələrini genişləndirəcək - Nazir müavini
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

İtaliya ilə Orta Dəhliz çərçivəsində əməkdaşlıq Azərbaycanın ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcək.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib.

“Azərbaycanın coğrafi mövqeyi və ölkənin nəqliyyat infrastrukturu Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Limanı bu əlaqələri təmin edən əsas infrastruktur layihələridir.

“Bu layihələr çərçivəsində İtaliya şirkətləri ilə əməkdaşlıq ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar açır”, – deyə o qeyd edib.

A.Axundov Ələt Azad İqtisadi Zonası və sənaye parkları çərçivəsində əməkdaşlığın perspektivlərinə də toxunub.

“İstehsal müəssisələrinin logistika infrastrukturunun yaxınlığında yerləşdirilməsi, təchizatın səmərəli təşkili və hədəf bazarların əvvəlcədən müəyyənləşdirilməsi layihələrin kommersiya cəlbediciliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Əminəm ki, İtaliya şirkətlərinin Azərbaycanda istehsal fəaliyyətinin genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və regional bazarlara çıxış imkanlarından istifadə iki ölkə arasında daha şaxələndirilmiş ticarət və investisiya tərəfdaşlığının inkişafına töhfə verəcək”, – deyə nazir müavini bildirib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti